2. Yumurta ağı maskası
1 yumurtanın ağını xəfif köpürənə qədər çırpın. Üzünüzü soyuq su ilə yuyun və qurulayın. Sonra yumurta ağını qazayağı qırışların olduğu bölgəyə çəkin. Dəriniz dartılmağa və yumurta ağı qurumağa başladıqda ikinci qatı çəkin. Üzünüzü oynatmamağa diqqət edərək 15-20 dəqiqə gözləyin və bol su ilə durulayın. Sonra göz ətrafını nəmləndirin.
3. Yaşıl çayla üz yumaq
Yaşıl çayı dəmləyin və soyumasını gözləyin, yaşıl çayla üzünüzü yuyun. Eyni zamanda yaşıl çaya pambıq batırıb gözlərinizə qoya bilərsiniz. Yaşıl çayın sakitləşdirici təsiri var, mükəmməl terapiyadır. Yaşlanmaya qarşı təsiri atırmaq üçün bir neçə damla limon suyu əlavə edə bilərsiniz.