Qadin.NET / Özünü sevənlər üçün şokolad dadında maska

Özünü sevənlər üçün şokolad dadında maska

Lazım olanlar:

2 yemək qaşığı süd kremi (yoxdursa suyu süzülmüş qatıq ola bilər.)

1 çay qaşığı kakao

2-3 damla çobanyastığı və ya lavanda yağı (ikisi də yoxdursa zeytun yağı olar)

Hazırlanması və tətbiqi:

Ərzaqları yaxşı qarışdırıb, göz ətrafı xaric bütün üzünüzə çəkin. Sevdiyiniz musiqini dinləyərək, uzanın. Şokolad qoxulu maska əhvalınızı yaxşılaşdıracaq. Dəriniz maskanı əmərkən, dincəlin. 10-15 dəqiqə maska dərinizdə qaldıqdan sonra, ilıq su ilə yuya  və ya pilinq kimi masaj edərək dərinizi təmizləyə bilərsiniz. 

Kakao dəri üçün təsirli antioksidantdır, dəridə qara nöqtələrin yaranmasına mane olar. Maskanı təmizlədikdən sonra, üstünə nəmləndirici çəkin.

29 iyul 2020
GO BACK