Qadin.NET / Tətildə dəriyə qulluq necə olmalıdır?

Tətildə dəriyə qulluq necə olmalıdır?

Nəmləndirməyi göz ardı etməyin

Ən yaxşı dəriyə qulluq nəmləndirici krem istifadə etməkdir. İsti su yerinə ilıq və ya soyuq su duş almalısınız. İsti su dərini daha da qurudur. Duşdan sonra dərini nəmləndirməyi unutmayın. Bol-bol su içməyə diqqət edin. Dərini ölü dərilərdən təmizləyərkən qıcıqlandırmamağa çalışın. 

Yayda istifadə olunan kosmetik məhsullara diqqət edin

İsti yay günlərində dəri daha çox tərləyir, ona görə kosmetik məhsulların dərinizi tərlətməsinə icazə verməyin. Tətildə yağ tərkibli məhsullardan istifadə edin. Dərinin yeni məhsula öyrəşməsi üçün istifadə etməyə 10 gün əvvəldən başlamaq lazımdır.

Yay meyvələri dəri dostudur
Dəriyə qulluq üçün qidalanmaya da diqqət etməlisiniz. Sağlam dəri üçün vitamin və minerallara da ehtiyacımız var. Yayda tərəvəz və meyvə qəbuluna diqqət etmək lazımdır. 
24 iyul 2020
GO BACK