Qadin.NET / Buxar maskasının faydaları

Buxar maskasının faydaları

Dəridə sızanağa səbəb olan mikroblar ölər

Dəri bədənin ən vacib hissəsidir. Dəri davamlı olaraq özünü yeniləyir, bu da təmizlənmədiyi halda ölü hüceyrələrin dəridə yığılmasına səbəb olar. Buxar maskası dəridəki ölü dəri və bakteriyaları təmizləyərək canlı görüntü yaradar.

Üzdə oksigen səviyyəsi artar və dəri daha sağlam görünər

Buxar, dəridəki qan damarlarını genişlədərək oksigenin artmasına səbəb olar. Bu da dərinin daha sağlam və gənc görünməsinə səbəb olar. 

Yaşlanmanın təsirlərini azaldır

Yaşlanmanın təsirlərini azaltmaq üçün bir çox üsul var. Xüsusilə, qırışları aradan qaldırmaq üçün tövsiyə edilən üsullardan kollagen dəstəyidir. Kollagen dəstəyi fərqli formada alına bilər. Kollageni buxrlaşdıraraq da tətbiq edə bilərsiniz. Bu qan dövranına təsir edər. Beləliklə, dərinin elastikliyi artar. 

Dərinin nəmini nizamlayır

Buxar maskası, dəridəki nəmi nizamlamağa kömək edir. Dəridə yığılan çirki və yağı aradan qaldır. Buxar maskası dəriyə nəm keçməsini təmin edir.

14 iyul 2020
GO BACK