Lavanda yağı
Lavanda yağı sızanaq və qırışlar üçün faydalıdır. Bir neçə damla saf lavanda yağını 1 çay qaşığı Hindistan qozu yağının üstünə damladın və qarışdırın. Hazırladığınız kremi dəriyə qulluq rejiminizə əlavə edin.
Üzüm çəyirdəyi yağı
Toxumlar E vitamini və doymamış yağlarla zəngindir. Dərini qidalandıran yağdır. Dərinizə masaj çəkin.
Kök toxumu yağı
Tərkibində yüksək antioksidant olan yağ nəmləndirir və cavanlaşdırır. Amma dəriyə çəkilmədən əvvəl seyrəltmək lazımdır. 2 çay qaşığı badam və ya kakao yağını, 2 damla kök toxumu yağı ilə qarışdırın və pambıqla yuxudan əvvəl dəriyə çəkin.
Zeytun yağı
Zeytun nəmləndirici vitaminlər və antioksidantlarla zəngindir. Bu da qırışlar və incə cizgilər üçün mükkəmməl seçimdir. 1 çay qaşığını zeytun yağına bir neçə damla limon damladıb qarışdırın və yatmadan əvvəl pambıqla üzünüzə çəkin