Qadin.NET / Gözəl dəriyə sahib olmaq üçün....

Gözəl dəriyə sahib olmaq üçün....

Su içmək

Hər gün ən az 2,5 litr su içmək, bədəndə yığılan toksinləri atmağa kömək edir. Qan dövranını nizamladığı üçün 30 gündə dərinizin parıldamasına kömək edər.

Gecə yuxusuna diqqət

Hər gücə 23:30-dan qaranlıq otaqda yatmaq, melatoninin istehsalını hərəkətə keçirir və yuxuda dəri hüceyrələriniz yenilənir.

Tərləmək

Nizamlı formada idman etmək, hərəkət etdiyiniz üçün dəri üçün ən faydalı vərdişlərdən sayılır. Tərləmək məsamələrdə yığılan çirki və toksinləri atmağa kömək edir. Detoks təsiri göstərir.

Makiyajı təmizləmədən yatmaq

Nakiyaj təmizləmə vərdişinə sahib olmaq dəri üçün vacibdir. Əks halda makiyaj dəridə yığılaraq sızanaqlara səbəb olur.

Üzü soyuq su ilə yumaq

Üzünüzü hər səhər və axşam soyuq su ilə yumaq, məsamələrin sıxlaşmasına, dərinin dinc qalmasına kömək edir.

19 iyun 2020
GO BACK