Zərdəçal və bal maskası
Yarım çay qaşığı zərdəçalı 1 yemək qaşığı balla qarışdırın və üzünüzün hər tərəfinə yayın. Bal, dərinizi nəmli saxlayarkən eyni zamanda onu yumşaldır. Maskanı dərinizdə 10 dəqiqə saxlayın və durulayın.
Aloe vera və matcha üz maskası
Aloe vera gelinin dəriyə təsiri inanılmazdır. Aloe vera qaşıntılı, iltihablı dəriyə çox kömək edir. Matcha dəridəki qızartını azaldır. 2 yemək qaşığını aloe vera gelini və 1 çay qaşığı matcha tozunu qarışdırın. Bir neçə dəqiqə soyuducuda saxlayın. Maskanı dərinizdə 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın.
Avokado və bal maskası
Avokadonu qabığından və çəyirdəyindən ayırdıqdan sonra qabın içinə qoyun və yaxşıca əzin. Daha sonra qabın içinə 1 yemək qaşığı qədər bal əlavə edin. Bal dərinizi yumşaldacaq və avokado dərinizi nəmləndirir.