Qadin.NET / Hər dəri tipinə uyğun qarpız maskası

Hər dəri tipinə uyğun qarpız maskası


Qarpız və qatıq maskası

Normal və həssas dərilər üçün maska: 2 yemək qaşığı qarpız suyunu 2 yemək qaşığı qatıqla qarışdırın. Məcunu üzünüzə çəkin və soyuq su ilə durulamadan əvvəl 15-20 dəqiqə gözləyn. Qurulayın. 

Qarpız və bal maskası
Quru dəridən şikayət edənlər üçün maska: 2 yemək qaşığı soyuq qarpız suyu və 2 yemək qaşığı bala ehtiyacınız var. Bu iki ərzaqı qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzə çəkin və 15-20 dəqiqə gözləyin. Su ilə yaxşıca yuyun və qurulayın. Maskanı həftədə 3 dəfə istifadə edərək dərinin nəmlənməsini təmin edə bilərsiniz.

Qarpız və limon maskası
Yağlı dərilər üçün maska: 2 yemək qaşığı qarpız suyu və təzə sıxılmış 1 limon suyu ilə qarışdırın. Qarışımı üz və boyun bölgəsinə çəkin 15 dəqiqə gözləyin, sonra su ilə yuyun. Hər gecə istifadə edərək dərinizi yağ və çirkdən təmizləyə bilərsiniz.

28 may 2020
GO BACK