Qadin.NET / Qəhvə ilə gözəlləşin

Qəhvə ilə gözəlləşin

 

Dodaq pilinqi

Kasanın içinə 1 çay qaşığı çəkilmiş qəhvə və 2 çay qaşığı zeytun yağı qarışdırın. Zeytun yağının yerinə Hindistan qozu yağı da əlavə edə bilərsiniz. Hazırladığınız qarışımı dairəvi hərəkətlərlə dodağınıza yedizdirin. İlıq su ilə durulayın və dodaqlarınıza nəmləndirici tətbiq edin. Bu pilinqi həftədə 2 dəfə istifadə edə bilərsiniz.

 

Qəhvə ilə gözəlləşin

 

 

Qidalandırıcı saç maskası

Qəhvəli saç maskası ölü dərilərdən xilas olmağınıza kömək edər. Saçı gücləndirər və tökülməsinin qarşısını alar. Bu maskanı hazırlamaq üçün təbii şampuna ehtiyac var. 1 stəkan suyu isidin, amma qaynatmayın. İlıq su ilə 5 yemək qaşığı çəkilmiş gözəl qəhvəni qarışdırın. Hazırladığınız qarışımı təbii şampun şüşəsinə tökün və çalxalayın. İstifadə etmədən əvvəl 2 saat gözləməlisiniz. Hazırladığınız qarışımı normal şampun kimi tətbiq edin. Həftədə iki və ya 3 dəfə istifadə edə bilərsiniz.

 

Qəhvə ilə gözəlləşin

 

 

Kafeinli gözaltı bantları

Kasada tünd qəhvə hazırlayın və yaxşıca soyudun. Bir neçə saat soyuducuda saxlaya bilərsiniz. İki incə dilim kartofu kasanın içinə əlavə edin və 5 dəqiqə gözləyin. Qəhvəni içinə çəkən kartof dilimlərini göz qapaqlarının üstünə yerləşdirin və 20 dəqiqə qədər gözləyin. 

 

Qəhvə ilə gözəlləşin

 

 

28 aprel 2020
GO BACK