Şirin badam yağı
Demək olar ki, bütün dəri tiplərinə uyğundur. Qıcıqlanmış dərini sakitləşdirir. Yara izlərini azaldır. Günəş şüalarından qoruyur.
Zeytun yağı
Həssas dərilər üçün ideal seçim olmasa da, bəzi dəri tipləri üçün mükəmməl nəmləndiricidir. Tərkibində A, D, E və K vitamini var.
Aloe vera
Günəş yanıqlarını və kiçik kəsiklərini sakitləşdirmək üçün ideal seçimdir. Aloe vera həssas və quru dərilər üçün isifadə edilən nəmləndiricidir. Sızanağa səbəb olan bakteriyaları öldürür.
Avokado yağı
Avokado yağı, yağlı təbəqə yaratmadan dərini nəmləndirir. Quru dərini cavanlaşdırır və sərbəst radikallarla mübarizə apararaq dərini nəmləndirir. A, D, E vitaminləri ilə zəngindir.