Yorğun dəri üçün maska
2 y/q yulaf yarması
4 y/q isti süd
1 ç/q bal
8 damcı limon suyu
çobanyastığı
Tətbiqi
2 yemək qaşığı yulaf yarmasını, 4 yemək qaşığı isti süd ilə isladın. Təxmini bir saatdan sonra çay qaşığı bal və 8 damcı limon suyu əlavə edin. Maskanı isti saxlamağa çalışın. Maskanı çəkməzdən öncə üzdəki məsamələri açmaq və dezinfeksiya etmək məsləhətlidir. Bunun üçün çobanyastığı çiçəklərini (dərman üçün istifadə olunan) dəmləyərək, dəsmalı isladaraq üzünüzdə iliq şəkildə 15 dəqiqə saxlayın. Yulaf qarışımını üzünüzə çəkin, 10 dəqiqə gözləyin. Yulaf üzünüzdə quruyub, soyuduğu üçün qalan çobanyastığı dəmləməsi ilə isladın, barmaqlarınızın ucu ilə yüngül masaj edin və yuyun. Həftədə bir dəfə etməyiniz tövsiyyə olunur. Nəticəni özünüz görəcəksiniz