Qadin.NET / Evdə hazırlaya biləcəyiniz 3 üz maskası

Evdə hazırlaya biləcəyiniz 3 üz maskası

 

Pomidor və bal maskası

Pomidorun antioksidant təsiri sayəsində dəri cavanlaşır və dəri həddindən yağlardan xilas olmasına kömək edir. Pomidor bəzi dərilərdə alergik təsirlərə səbəb ola bilər. Maskanı üzünüzə çəkmədən əvvəl biləyinizdə sınaqdan keçirin.

Bu maska üçün yarım pomidoru püre halına gətirin və içinə 1 yemək qaşığı bal əlavə edin. Qarışdırdıqdan üzünüzə çəkin və 15 dəqiqə gözlədikdən sonra üzünüzə masaj edərək yavaş-yavaş çəkin.

Evdə hazırlaya biləcəyiniz 3 üz maskası

 

Portağal və qatıq maskası

Antioksidantla zəngin olan portağal dərinin sıxlaşmasına kömək edir və sızanaqları qurutmağa kömək edir. Qatıqla birlikdə dərinin ölü hüceyrələrdən təmizlənməsinə kömək edir.

Yarım portağalın suyunu sıxın və 2 yemək qaşığı qatıqla qarışdırın. Bu maskanı dəriyə tətbiq etdikdən sonra 15 dəqiqə gözləyin və bol su ilə durulayın.

 

Evdə hazırlaya biləcəyiniz 3 üz maskası

 

 

 

Xiyar və zərdəçal

Xiyar dərini nəmləndirir, məsamələri kiçildir və dərini sıxlaşdırır. Zərdəçal isə təbii antiseptik təsirə malikdir.

Bu üz maskası üçün 1 xiyarı blenderdan keçirin və 1 çay qaşığı zərdəçal əlavə edərək qarışdırın. Dəriyə çəkdiyiniz maskanı 10-15 dəqiqə saxlayıb, durulayın.

 

Evdə hazırlaya biləcəyiniz 3 üz maskası

 

16 mart 2020
GO BACK