Yaşıl çay üz maskası
Yaşıl çay, yağlı dəri və sızanaq sağaldan maddələrlə zəngindir. Dərinizdəki ləkələr və qara nöqtələrdən xilas ola bilərsiniz.
Hazırlanması:
Yaşıl çay dəmləyin və çay paketini 1 saat fincanda dəm alması üçün saxlayın.
Dəmləndikdən sonra, çay paketini soyuması və yarpaqların açılması üçün paketi açın.
Yarpaqları kasaya qoyun və 1 yemək qaşığı bal əlavə edin. Qarışım qatı olarsa bir neçə damcı su əlavə edin.
Qarışımı dərinizə çəkin və 10, 15 dəqiqə saxlayın.
İlıq su ilə yuyun.
Təsirini hiss edənə kimi həftədə bir və ya iki dəfə təkrarlayın.