Qadin.NET / Üz yuyarkən etdiyimiz səhvlər

Üz yuyarkən etdiyimiz səhvlər

 

Təmizləyici seçərkən səhv seçim etmək

 

Üz yuyarkən etdiyimiz səhvlər

 

Dəri təmizliyində ən vacib addımardan biri düzgün məhsul seçimidir. Üz təmizliyi deyiləndə ağıla ilk təmizləmə geli, təmizləyici köpük və sabun kimi bir çox məhsul gəlir. Bəs bunlardan hansı sizə uyğundur? Bunu bilmək üçün ilk əvvəl dəri tipinizi bilməlisiniz. Ancaq bu formada dərinizə zərər verməyən məhsulları əldə edə bilərsiniz.

 

Üzünüzü tez-tez yumaq

 

Üz yuyarkən etdiyimiz səhvlər

Əgər üzünüzü gündə iki dəfədən çox yuyursunuzsa, bu dəriniz üçün təhlükədir. Üzünüzü səhər oyananda və axşam yatmadan əvvəl olmaqla sadəcə 2 dəfə yumalısınız. Dərini çox yumşaq, təbii nəm tarazlığının pozulmasına və dərinin qurumasına, zədələnməsinə səbəb olur.

 

Üzünüzü yuyarkən isti sudan istifadə etmək

 

Üz yuyarkən etdiyimiz səhvlər

İsti su dərinin yağ tarazlığını pozur və dərini qurudur. Quruluq isə qırışların və digər dəri problemlərinin səbəbidir. Buna görədə dərinizə uyğun olan su ilıq sudur.

 

21 fevral 2020
GO BACK