Qadin.NET / Hamar dəri üçün maska

Hamar dəri üçün maska

 

Kartofun qabığını soyun və sürtgəcin xırda hissəsindən keçirin. Sonra suyunu süzüb onunla üzünüzü yuyun. Sürtgəcdən keçirilmiş kartofu isə burun üzərinə və ya gözaltına qoyub bir müddət saxlayın.

Hamar dəri üçün maska

Daha sonra üzünüzü su ilə yuyub təmizləyin. Maskanı həftədə 3 dəfə tətbiq edə bilərsiniz. Həmçinin süzülmüş kartof suyunu buz qəliblərinə tökərək dondura, daha sonra maska və ya üz təmizləyici vasitə kimi istifadə edə bilərsiniz.

 

Maskanın heç bir əks göstərişi yoxdur, lakin həssas dəriyə maliksinizsə, maskanı əvvəlcə qolunuzda sınaqdan keçirin.

 

Dəriyə faydaları

Hamar dəri üçün maska

Təbii pilinq təsiri ilə dərini ölü hüceyrələrdən arındırır. Cildi nəmləndirdiyi üçün quru dərilərin elastikliyini bərpa edir. Gözaltı qaralığı və dəri ləkələrini azaldır. Həmçinin gözaltı şişkinliyini yox edir.

 

Antibakterial xassəli olduğu üçün sızanaq müalicəsində effektiv təsir göstərir.

 

Məsamələrini daraldır və dərinin daha güclü görünməsini təmin edir.

 

Dərinin rəngni ağardır.

 

Aytən Məftun (publika.az)

 

29 yanvar 2020
GO BACK