Qadin.NET / Təbii üz maskaları

Təbii üz maskaları

 

 

Banan maskası

Bir ərzaqla da maska hazırlaya bilərsiniz.

Təbii üz maskaları

Dəri tipi: quru

Təsiri: dərini gücləndirmək və nəmləndirmək

Hazırlanması: Bir ədəd bananı püre halına salın və 15-20 dəqiqə üzünüzdə saxlayın. Sonra soyuğa yaxın ilıq su ilə yuyub, dəsmalla silin.

 

Alma sirkəsi maskası

Təbii üz maskaları

Dəri tipi: yağlı, parlaq 

Təsiri: Dərinin tonunu düzəldir və qidalandırır.

Hazırlanması: Stəkanın yarısı dolacaq formada su və sirkəni eyni səviyyədə qarışdırın. Üzünüzə çəkib qurumasını gözləyin.

 

 

Süd tozu maskası

Təbii üz maskaları

Dəri tipi: bütün dəri tipləri üçün

Təsiri: dərini canlandırmaq

Hazırlanması: Bir stəkanın dörddə birinə süd tozu qoyun. Üstünə incə xəmir halına düşənə qədər su. Sonra üzünüzə çəkin və quruyana qədər gözləyin. Quruduqdan sonra ilıq su ilə yuyun.


18 yanvar 2020
GO BACK