Bu maska dəridəki ölü və zədələnmiş hüceyrələri bərpa edir, arzuolunmaz tükləri tökür. Süd maskasını tətbiq etdikcə dəriniz süd kimi bəyaz və şəffaf olacaq.
Lazım olan məhsullar:
Jelatin tozu
Süd
Xiyar suyu
Qazlı su
Hazırlanma qaydası:
Kasaya 2 yemək qaşığı jelatin tozu tökün. Üzərinə 2 yemək qaşığı süd, çay qaşığının yarısı qazlı su, 1 yemək qaşığı xiyar suyu əlavə edib yaxşıca qarışdırın. 10-12 saniyə mikrodalğalı sobada saxlayın. Fırçanın köməyi ilə maskanı tətbiq edin. Tamamilə qurumağını gözləyin, sonra ehtiyatla üzünüzdən çıxarın.
Həftədə 3 dəfə bu maskadan istifadə etsəniz, dəridəki tüklərin də azaldığını görəcəksiniz. Üsulu bədəninizin istənilən hissəsində tətbiq edə bilərsiniz.