Mütləq nəmləndiriciyə diqqət edin
Nəmləndirilmiş dəri, təbii elastikliyini qoruyaraq qırış və göz torbaları riskini azaldır. Göz ətrafına qulluq etməyin ən yaxşı yollarından biridir. Bu bölgə quruduqda, elastikliyini itirməyə başlayar.
Masaj edin
Göz ətrafına masaj etmək bir çox problemin qarşısını almağa kömək edir. Bunun səbəbi masajın qan dövranına və göz torbalarına, tünd halqalara və incə qırışlar kimi qüsurları azaltmağa kömək edir. Göz ətrafına masaj edərək şişliyi azalda bilərsiniz. İlk əvvəl barmaqlarınızı biraz nəmləndirici və yağ çəkin. Daha sonra barmaqlarınızın ucu ilə zəirf masaj edin. Yatmadan əvvəl hər gecə təkrar edin.
Yuxuya diqqət
İstirahət ehtiyacı özünü ilk əvvəl göz ətrafında göstərir. Yaxşı gecə yuxusu almadıqda, göz torbaları və tünd halqalar meydana gəlir. Yaxşı yatmaq və gecə ən az səkkiz saat yuxu almaq çox vacibdir.
Sağlam qidalanın
Qidalanmağa dəriyə böyük təsir edir. A,C və E vitaminləri, mineralları, omega-3-lə zəngin olan qidalara üstünlük verin.