Qatıqdan hazırlanan kosmetik maskalar hələ bizim nənələrimizin vaxtında məşhur idi. Bu heç də təsadüfi deyil, axı qatıq ağardıcı, təmizləyici və tonuslaşdırıcı effektə malikdir. Qatıq həmişə əl altında olur, buna görə də onu asanlıqla ev şəraitində istifadə etmək olar. O, müxtəlif dəri tiplərinə xeyirli təsir göstərir. Bundan əlavə, qatıq qırışları hamarlaşdıraraq dərini nəmləndirir, sizə gözəllik və təravət bəxş edir.
Qatıq tərkibli maska reseptləri:
Normal dəri üçün maska
1 xörək qaşığı yulaf topalarının və yaxud yulaf ununun üzərinə 3 xörək qaşığı qatıq əlavə edib qarışdırın.Bu maskanı səliqəli şəkildə üz dərinizə çəkin. Yaxşı olar ki, maskanı çəkəndən sonra üzərinə tənzif salfetka qoyasız. 20 dəqiqə sonra maskanı isti su ilə yuyun.
Yağlı dəri üçün maska
3 xörək qaşığı qatığın üzərinə 1 xörək qaşığı maya və 1 çay qaşığı limon şirəsi əlavə edib qarışdırın, üzünüzə çəkin, 10 dəqiqə sonra yuyun. Əgər üzünüzü sürvə yarpağı və ya aptek çobanyastığı dəmləməsi ilə yusanız daha effektli nəticə əldə etmiş olarsınız.
Quru dəri üçün
2 xörək qaşığı qatıq, 1 xörək qaşığı yağlı kəsmiyi götürün, üzərinə 1 çay qaşığı zeytun yağı (və ya başqa bitki yağı) və 1 xörək qaşığı kök şirəsi əlavə edib qarışdırın. Maskanı üz dərinizə çəkin, 20 dəqiqə sonra isti su və ya sürvə yarpaqlarının dəmləməsi ilə yuyun.
Dərini təmizləmək üçün maska
Yarım stəkan unun üzərinə 1 xörək qaşığı yeyinti üçün soda əlavə edib qarışdırın. 1 xörək qaşığı bu tərkibdən götürüb 2 xörək qaşığı qatığa qatın, bu maskanı masaj hərəkətləri ilə üz dərinizə çəkin, 10 dəqiqə sonra soyuq su ilə yuyun.
Qırışlardan azad olmaq üçün maska
2 xörək qaşığı qatığı 1 xörək qaşığı portağal şirəsi ilə qarışdırın. Bu maskanı üz dərinizə çəkin, 10 dəqiqə sonra soyuq su ilə yuyun. Bu maska üzünüzdə olan qırışları hamarlaşdıracaq. Dərinizi nəmləndirəcək və qidalandıracaq. Yeni qırışların əmələ gəlməsinin qarşısını alacaq.
Quru saçlar üçün maska
Quru saçlar üçün olan bu maska yuyulmamış quru saçlara çəkilir və saçları möhkəmləndirir. Yarım stəkan kefiri saçlarınızın dibinə və saçlara çəkin, yarım saat saxlayın. 1 ay ərzində həftədə 1 dəfə etməyiniz məsləhətdir.
Saçların tökülməyi əleyhinə maska
Tərkibi : xardal, yumurta sarısı, badam yağı və bal. 2 xörək qaşığı xardalı 100 ml qatıqda əridin, üzərinə 1 ədəd yumurta sarısı, 1 çay qaşığı bal və badam yağı əlavə edin. Qarışdırın, maskadan çox iy gəlməsin deyə ora bir damcı rozmarin yağı əlavə edin. Dərhal saçlarınıza çəkin, 1 saat saxlayın. Sonra isti su ilə yuyub balzamla yaxalayın.
Saç maskası
3 xörək qaşığı qatığa 1 ədəd yumurta sarısı və 1 xörək qaşığı bal əlavə edin, saçlarınızın dibinə çəkin. 1 saat saxlayın, sonra adi qaydada yuyun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qara qış gəlir
Sakinlərə daha bir jest
Qış fəsli üçün sağlamlıq cövhəri
Kabaklı olladilər(foto resept)
Pis yuxu şəxsi həyatı məhv edir
Namazın vacibliyi haqqında
Bu qocanı deyəsən, Əzrayıl unudub
Dəb Dünyası Bakıda
Məşhur müğənni polislərdən kömək istədi
81 yaşlı nənə bədəni ilə heyran edir
Yeni qaş dəbi
Mustafa Sandaldan Defne Samyeli AÇIQLAMSI-FOTO
Rusiya təyyarəsinin qəzaya uğramasının SƏBƏBi bilindi
Qripdən qorunmaq üçün menyu
Günün ulduz falı - 17.12.2013
Türkiyənin ən varlı qadını boşanır
Azyaşlı uşaq valideynlərinə ŞAD XƏBƏR
TQDK-da apellyasiya komissiyalarının işi başa çatdı
Pəhrizsiz və idmansız arıqlayın
Azərbaycanda bu telekanallara pul ayrıldı
Seçilmiş aforizmlər
Onun qiyməti 600 milyondur
Xətdə qalan sevgili (ARAŞDIRMA)
Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı
Mən itirdim... Sən qazandın!!!
Bakı metrosu reklamsız qalır?
"Terrorun dini yoxdur"
Qəhvə şərabı ixtira edildi
"İstanbullu gelin"in İsrail uğuru-FOTO
Bakı sakinlərini vəlvələyə salan nə idi?
Real şəkilləri illustrasiyaya çevirdi
Azərbaycan ilə Ermənistan yığmaları Avropa çempionatından kənarlaşdırıldı
Ermənistan əsgərləri 15 yaşlı azərbaycanlı qızı yaraladılar
Soyuq havalar üçün manikür modelləri
Bu qidaları ac mədəyə yesəniz, daha sağlam olarsınız
Sarkisyan işğaldan azad etdiyimiz torpaqlara baxdı
20 yanvar Azərbaycanda qeyri-iş günüdür!
4 dəfədən çox ailə qurmaq yasaqlandı
Kim Çen Indan qorxunc təlimat: Aclığın qarşısını almaq üçün...
Kainatımızın forması-Qaranlıq maddə(3)
Eliksirlə 10 yaş cavanlaş!
Praqa tortu (foto resept)
Ən çox rastlanan 3 dəri problemi və həlli
Culfa rayonu
Xalq təbabətində alma
8103-ə göndərilən SMS-lərin 29 faizi təsdiq cavabı almayıb
Yaqut Qarayeva: “Qaydalara riayət edilməsə, qapanmadan istənilən nəticəni əldə etmək mümkün olmayacaq”
Tavada toyuqlu börək (foto resept)
"Barbie"yə bənzəmək üçün 105 əməliyyat keçirtdi-FOTO
Möcüzələrə inanırsınız?
- ŞƏRHLƏR