Növündən asılı olmayaraq, kivi 50-150 qr çəkidə ola bilər, belə olduqda, onun tərkibindəki suyun miqdarı çox (84%) olacaqdır. Kivi çoxlu vitaminlərlə zəngindir. Birincisi, kivinin tərkibində vitamin C olduqca çoxdur. (100qram meyvədə 92 mq vitamin C var.) İkincisi, onun tərkibində vitamin E var. Bir qayda olaraq, bu vitamin yüksək kalorili ərzaqların tərkibinə daxildir. (məs:qoz-fındıq) Artıq çəki ilə mübarizə aparanlarda bu vitamin defisiti-çatışmamazlığı yaranır. Kivi istənilən pəhrizlə uyğunlaşa bilər. Üçüncüsü, kivinin tərkibinə B9 və B6 vitaminləri də daxildir ki, bu vitaminlər çox az saylı ərzaqların tərkibində olur. Kivi-orqanizmdən duzları çıxarır və böyrəklərdə daş əmələ gəlməsinin qarşını alır. Bundan başqa, kivi-dietik bir meyvədir, piylənməyə meylli insanlar ondan istifadə edə bilər. Belə ki, bu meyvə, ilk öncə yağları əridir, ikincisi də ki, onun tərkibində gözəl bədən forması əldə etmək üçün çoxlu miqdarda sellüloz var.
Təmizləyici maska:
1 ədəd kivinin qabığını soyub əzin, başqa heç bir şey əlavə etmədən maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Əgər prosedur zamanı dərinizdə yüngülvari qaşınma hiss etsəniz, qorxmayın, çünki bu zaman orqanik turşular dəriyə təsir edir.
Quru dəriyə qulluq üçün skrab-maska:
1 ədəd kivini əzin, üzərinə 1 çay qaşığı bal, 1 xörək qaşığı portağal şirəsi və istənilən bitki yağı, 1 xörək qaşığı xama, 1 çay qaşığı əzilmiş badam əlavə edib qarışdırın, üzünüzə çəkin, 5 dəqiqə saxladıqdan sonra nəm pambıqla silin.
Solğun dəri üçün maska:
1 ədəd kivinin qabığını soyub xırda-xırda doğrayın, 1 çay qaşığı balla qarışdırın, üzünüzə çəkin, 10-15 dəqiqə sonra isti su ilə yuyun. Belə maskanın tətbiqindən sonra dəri C vitamini ilə zənginləşir, dərinin qocalmasının qarşısı alınır.
Qidalandırıcı maska:
Qabığı soyulmuş 1 ədəd kivini yarımçıq bananla birgə əzin, bura 1 xörək qaşığı kəsmik əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.
Yağlı dəri üçün maska:
Eyni miqdarda əzilmiş kivi, limon və qıtığotunu götürüb hamısını birgə qarışdırın və üzünüzə çəkin, 5-10 dəqiqə sonra ilıq su ilə yuyun.
Nəmləndirici maska:
Eyni miqdarda əzilmiş kivi və kəsmiyi qarışdırın, üzünüzə çəkin və 20 dəqiqədən sonra isti su ilə yuyun.
Quru dəri üçün maska:
Yarımçıq kivini əzin, ora 1 çay qaşığı istənilən bitki yağını əlavə edib qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.
Cavanlaşdırıcı maska:
Eyni miqdarda əzilmiş kivi, xurma, armud və alma götürüb qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqə sonra isti suya batırılmış pambıqla maskanı üzünüzdən silin.
Qarışıq dəri tipi üçün maska:
1 ədəd kivinin qabığını soyub əzin, ora 1 ədəd çalınmış yumurta ağı, 1 çay qaşığı bitki yağı və 1 xörək qaşığı yaşıl gil əlavə əlavə edib qarışdırın, üzünüzə çəkin, 10 dəqiqə sonra ilıq su ilə yuyun.
XƏBƏR LENTİ
Fıstıqlı, bananlı dondurma (foto-resept)
İlk əlcəklər
Mobil telefonların təhlükəsiz olduğu sübut edildi
Bakı-Tbilisi-Qars sərnişin qatarının fəaliyyətə başlayacağı YENİ TARİX açıqlandı
Bir ildə 285 kitab oxudu!
Şəhid əsgərimizi izdiham yola saldı
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Əsrin fotoşəkli
Qızlar üçün məktəbli çantaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Boyun düzləşməsi əlaməti
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Yalançıların 5 xüsusiyyəti
Qadin.Net olmasaydı, nələr baş verərdi?
Emindən sevənlərinə sürpriz - FOTO
Yerdən Marsı müşahidə etmək mümkün olacaq
12 yaşlı uşağın ağciyərindən diri balıq çıxarılıb
Rəngli və dəbli çantalar
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
İranın vitse-prezidenti istefa verdi
Günün ulduz falı - 21.09.2013
Hava haqqında
Fotoğrafa yazılmış məktub
Daha 3 idmançımız olimpiadaya vəsiqə qazandı
Prezident: “İnsanlar işlə təmin edilsinlər”
Xaricə getmək istəyənlər, diqqətli olun!
40 kq arıqladı, kimsə tanımadı-FOTO
“Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”
"İranın nüvə proqramı üzrə sazişi Yaxın Şərqdə sülhü möhkəmləndirəcək"
Beş rəfiqə eyni anda necə hamilə qaldığını danışdı - FOTO
Türk ordusunun ən böyük əməliyyatı başladı
Faydalı yağlar
Məşhur aktrisa tənqid olundu-FOTO
İŞİD-ə aviazərbələr endirilir
6 yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir - FOTO
Günün ulduz falı - 17.09.2013
"Millət kitab oxumur" fikri doğru deyil"
Kıvançın xanımı ondan 5 yaş böyük imiş
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Azərbaycanda insanlar falçılara niyə inanır?
Şəkil seç! (Test)
Həkimdən xəbərdarlıq: özünüzü gündən qoruyun!
Günün ulduz falı
Melanya Trampın XÜSUSİ PROQRAMI - Fəaliyyətə başladı
Osmanlı gəlinlikləri
Günəş şüalarının faydaları
Gündəlik yaz-yay geyimləri
Güclü qar həyatı İFLİC ETDİ - Məktəblər bağlandı
Nuradan yeni fotossesiya - FOTO
Uşaq geyimləri
- ŞƏRHLƏR