Səhər dəri baxımı
Victoria Beckham, səhərlər dərini təmizləmək üçün arqan yağı, zeytun yağlı və moringa tərkibi təmizləyicilərdən istifadə edilir. Bu təmizləyici, üzün çirkini, yağını təmizləyərkən, antioksidantlarla dərini qidalandırır.
Vitaminli serum
Beckham dərini təmizlədikdən sonra Avə E vitaminləri ilə zəngin serumla nəmləndirir. Bu serum, Beckhamın sızanaqlarla mübarizə aparmasına kömək edir.
Göz kremi
Göz ətrafını nəmləndirərək, gözaltı qaraltılarını yox etmək və gözlərdə yaranan şişliyi azaltmaq məqsədilə göz kremini xəfif toxunuşlarla göz ətrafına tətbiq edir.
SPF-li nəmləndirici
Beckham, günəşin zərərli şüalarından qorunmaq, həm də nəm qazandırmaq üçün dərini SPF tərkibli nəmləndirici ilə nəmləndirir.
Gecə dəri baxımı
Victoria Beckham, dərini təmizləməyin vacib olduğunu bildirir. Gün ərzində üzünüzdə daşıdığınız makiyajı gecə təmizləmədən yatmayın.