Qadin.NET / Aybüke Pusatın gözəllik sirləri

Aybüke Pusatın gözəllik sirləri

 

2014-cü ildə Miss Türkiyə üçüncüsü seçilən Aybüke Pusat həm rol aldığı filmlərlə, həm də gözəlliyi ilə Türkiyənin diqqətini çəkməyi bacarır. Parlaq saçları, gözəl gözləri ilə tanınır. Onun gözəllik sirlərini sizə təqdim edirik.

Aybüke Pusatın gözəllik sirləri

Dəri baxımı

"Hər gün üzümü və boynumu dermatoloji məhsullarla təmizləyirəm. Sonra limon suyu çəkib qurumasını gözləyirəm. Kremi sonradan çəkirəm. Bu dərinin elastikliyini və canlılığını artırır. Pilinq üçün hazır məhsullar almıram. Soda və türk qəhvəsinin qarışımı ilə pilinq hazırlayıram. Dərini həm yumşaldır, həm də təbii məhsullardır. Bütün bədən üçün də istifadə etmək olur."

Aybüke Pusatın gözəllik sirləri

Saç baxımı

" Duş qəbul edərkən soyuq su ilə  bitirirəm. Bu bədənimin ayılmasına kömək edir. İstifadə etdiyim şampunun maskasından istifadə edirəm. Şampun seçiminə diqqət edirəm. Saç kremi istifadə etmirəm. 3 ayda bir keratin baxımı etdirirəm. Arqa yağı ilə evdə maska çəkirəm.

Aybüke Pusatın gözəllik sirləri

Əl və ayaq baxımı

" Rəqqas olduğum üçün ayaq dırnaqlarım deformasiyaya məruz qalır. Ona görə tez-tez pedikürə gedirəm. Ayaqqabılarımla həmişə dabanlıq istifadə edirəm. Gecə yatmadan əvvəl ayaqlarımı kremləyib corab geyinirəm.

" Bol su içirəm, yuxusuz qalmamağa diqqət edirəm. Kosmetik məhsullar yerinə dermatoloji məhsullardan istifadə edirəm. Dərimin və saçımın tipinə uyğun kremlər və sabunlar istifadə edirəm."

 

 

25 yanvar 2019
GO BACK