Kendall Jenner – Yumurta ağı və limon
Kendall Jennerin dəri üçün hazırladığı maska limondan və yumurta ağından ibarətdir. Yumurta sarısını ağından ayırıb köpürənə qədər qarışdırın. Sonra yarım limon suyu əlavə edib qarışdırın. Alınan maskanı üzünüzə çəkib 30 dəqiqə sonra durulayın. Yumurta ağı məsamələri kiçildərkən limon suyu sızanaq yaranmasına mane olur.
Miranda Kerr - Xiyar maskası
İsti gündən sonra dərini təmizləmək üçün Miranda Kerr xiyarı bir xəmir halına salır və üzünə maska olaraq çəkir. Gözlərində şişlik olduğu vaxt xiyarı gözlərinin üstünə qoyur.
Kate Middleton – Şokoladlı fındıq kremi
Dərisini nəmləndirmək üçün şokoladlı fındıq kremindən istifadə edir. Üzünə çəkərək tərkibindəki yağların dərisini nəmləndirməsini gözləyir.
Katy Perry - Yumurta ağı və badam yağı
Dərinizdəki qırışları yumşaltmaq üçün yumurta ağı və badam yağından istifadə edə bilərsiniz. Badam yağı dərini təmizləyərkən, yumurta ağı qara nöqtələrdən təmizləyir. Buna görə də dərini parıltılı və ləkəsiz görünür.