Nəmləndiricinizi unutmayın
Digər qadınlardan daha çox makiyaj etməyə məcbur olan Hadid, dərisinin qurumamasına çox diqqət edir. Həddindən artıq makiyaj, dəridə quruluğa səbəb olur. Makiyajın mənfi nəticələrindən qorunmaq üçün nəmləndiricidən istifadə edir.
Üzünüzə dəyər verin
Gigi Hadid bildirir ki, parıltılı dəriyə sahib olmaq istəyirsinizsə, mütləq üz təmizləmə rejiminiz olmalıdır.
Həmişə daha az, daha çox deməkdir
Gigi Hadid minimalist məşhurlardandır. İşdən əlavə yerlərdə, sadəliyə üstünlük verir. Sadəlik gözəllikdir.
Sızanaqlar üçün diş məcunu
Heç kim qüsursuz deyil. Hər kəs kimi Gigi Hadid də sızanaq problemləri ilə üzləşir. O, bahalı üsullar yerinə diş məcunundan istifadə edir. Diş məcunu ilə sızanaqları söndürür.
Gözəl dodaqlar üçün peeling
Dodaqlarımız həssas bir dəriyə sahibdir. Ona görə, nəmləndiricidən istifadə etmək şərtdir. Hadid peelinglə dodaqlarını yeniləməyi sevir.
At quyruğu üçün diş fırçası
Saçınızı at quyruğu formasında yığmaq xoşunuza gəlirsə, bu üsuldan istifadə edin. Diş fırçasını saçınızı formaya salmaq üçün istifadə edin. Hadid bu üsuldan istifadə edir.