Qadin.NET / Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

Hər zaman çox güclü və canlı möhtəşəm saçlara sahib olan Cambridge Düşes Kate Middleton'ın saç stilisti Richard Ward, qadınların

saçlarını yoran və ən sıx edilən səhvləri paylaşdı.

1. Həddindən artıq saç məhsulu istifadə etmək

Richard Ward "Saçları şəkilləndirmək üçün çox artıq məhsul istifadə etmək saçları ağırlaşdırır və yağlandırır" deyir və hər zaman saçlar üçün də "az çoxdur" anlayışını mənimsəyin deyə ifadə edir.

Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

2. Saçınıza uyğun olmayan səhv məhsul istifadə etmək 

Saç dizayneri Ward, səhv məhsul istifadə etməyin saçları ölü göstərdiyini söyləyir.

3. Saç kremi istifadə etməmək

Kate Middleton'ın canlı saçlarının arxasındakı ad Ward, saç kremi işlətməyənlərin böyük səhv etdiyini bildirir. Saç kreminin saçı yumuşaltdığını və bu sayədə sağlam və yumşaq bir görünüşü olduğunu ifadə edir.

Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

4. Saçı uzun müddət durulamamaq 

Saçların uzun müddət durulanmadığında şampun qalıqlarının saçı yapışqan bir hala salacağını ifadə edən Ward, şampun və saç kremi tətbiq edərkən hər yana masaj edərək məhsulların hər nöqtəyə çatdığından əmin olmağımız lazım olduğunu də söyləyir.

5. Soyuq su istifadə etməmək

Parlaq saçlar istəyirsinizsə, o zaman bir neçə saniyə soyuq su altında qalma cəsarəti göstərməyiniz lazımdır. Richard Ward bu üsulun qulağa işgəncə kimi gəldiyini ancaq saç kremi istifadə etdikdən sonra bu şəkildə soyuq su tutmanın böyük fərq yaratdığını iddia edir.

Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

6. Saçların qurudarkən yüksək dərəcədə istilik vermək

Soyuq suyun yaratdığı təsir kimi saç qurutma maşınını sərin bir şəkildə tutmaq da saçları şəkilləndirərkən köməkçi olur. Ward saç qurutma maşınlarında sərin düyməsinin olduğunu ancaq insanların bunu görməməzlikdən gəldiyini ifadə edir.

7. Sağlam və nizamlı bəslənməmək

Soyuq su və yaxşı şampuanlarla da bir yerə qədər ... Ward'a görə sağlam və gözəl saçlar üçün xaricdən olduğu qədər içdən də diqqət göstərmək böyük əhəmiyyət daşıyır və balanslı bir bəslənmə şəkli təklif edir. 

Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr

8. Saç dərinizi baxımsız etmək 

Əgər saçlarınız normaldan yavaş bir şəkildə uzanırsa bunun səbəbi saç dərinizə kifayət qədər maraq göstərməmək ola bilər. Saç stilisti Ward'a görə sağlam bir saç dərisi sayəsində saç çox məhsuldar bir şəkildə uzanır. Quruluq ya da yağlılık kimi saç dərisi problemləri üçün doğru məhsullar və baxımları tətbiqin isə böyük əhəmiyyət daşıdığını söyləyir.

9. Saçınızı nizamlı kəsdirməmək

Müntəzəm olaraq saçları kəsməyin saçqıranların qarşısını alacağını ifadə edən Ward, hər səkkiz həftədə bir bərbərinizə getməyinizi məsləhət görür və bu sayədə saçınızın daha sağlam bir şəkildə uzanacağını vurğulayır.

24 iyun 2017
GO BACK