Əksər məşhurların bahalı prosedurlarla gözəlləşdiyi söylənilsə də, onlar arasında təbii üsullara üstünlük verənlər də az deyil.
Sofi Lorenin fikrincə, gözəlliyin açarı pomidordadır.
Pomidoru püre halına gətirdikdən sonra içinə bir qaşıq bal və zeytun yağı qatan Loren bu qarışığı üzünə sürtür və bir saat gözləyir.
Bu üsulla həm dərsinin qocalmasının qarşısını alır, həm də parlaq görünməsinə kömək edir.
Sandra Bullok isə alma qabıqlarından maska kimi istifadə edir.
Onun sözlərinə görə, alma qabığı pilinq təsirinə malikdir və dəridəki hüceyrələrin yenilənməsini təmin edir.
Krsitina Aqilera isə parlaq dərisinin sirrini kartofda görür.
Hər gün çiy kartof dilimlərini dərisinə sürtən müğənni, bunun həm sızanaqlar üçün faydalı olduğunu, həm də parıltı verdiyini söyləyir.