Ancelina Colinin iş stili qarderobunda boz rəngin də yeri var. Bu rəng həm də aktrisanın ziyafət geyimlərində də görülüb. Və mükafat təqdim edilmələrindən birində Coli gümüş rəngli geyimlə gəlmişdi. Beləliklə görürük ki, Ancelina Coli stilinə qarşı sədaqətlidir, həmçinin sitilndə müxtəsərlik var. Ümumiyyətlə isə iş stilini boz rəngsiz təsəvvür etmək çətindir. Coli qara, tünd mavi, ağ və qəhvəyi rənglərlə lazımii qaydada uyğunlaşdıra bilir. Bu da Ancelinanın qarderobunun müxtəlif çalarlarla zəngin olduğuna işarədir.
Aktrisanın maksimum uzunluğu sevməsi diqqət çəkir. Ətək və platyaları o nəinki ictimai ziyafətlərdə, eləcə də işgüzar tədbirlərdə və gündəlik həyatda da geyinir. Rəsmi tədbirlərdə, konferensiya və sammitlərdə ulduz sadə və yığcam geyinməyi xoşlayır.
Coli gündəlik geyimdə dar şalvarları geyinməkdən böyük zövq alır. Ancaq bu o demək deyil ki, onun qarderobunda başqa fasonlar yoxdur. Pencək materialında enli şalvarlar ağ rəngli bluzla istənilən siluetdə gözəl görünür. Əlbəttə ki, Ancelinanın nümunəsində belə komlekti mütləq yüksək dabanlı ayaqqabılarla geyinmək lazımdır.
Sizlər də Ancelina Coli kimi fövqəladə görünmək istəyirsinizsə, bizim məsləhətimiz: qarderobunuzu təməl rənglərlə zənginləşdirin. Özünüz də baxın, monoxrom rənglər aktrisanın üzərində necə sadə və zövqlü görünür. Bu dəstlər hər hansı bir vəziyyətdə təmamilə xoş və stilli görünmək mümkündür.