Qadin.NET / Cariyələrin kosmetika qabında nələr olurdu? (1)

Cariyələrin kosmetika qabında nələr olurdu? (1)

Cariyələrin pəhrizi xəbərlərimizdə sizə orta əsrlər sultan gözəllərinin gözəl və formada qalmaq sirlərindən bəhs etmişdik. Bu dəfəki xəbərdə isə həmin cariyələrin kosmetika məlumatları ilə tanış olacağıq. Qeyd edim ki, məlumatları toplayan müəllifin adı Yana Bay Lilikdir. 

Məlumatlar XIV, XV və XVI əsrlərin əvvəllərinə aiddir. 

Cariyələrin kosmetika qabında nələr olurdu? (1)

Yananın dediyinə görə cariyələr barədə arxivləri araşdırarkən çox maraqlı məlumatlara rast gəlibmiş. Müxtəlif illərdə sultanın hərəmxanasında 400-dən 3000-ə qədər cariyə yaşayırdı. Və uğur qazana bilmək üün həmin cariyələr arasında daima rəqabət, intriqalar hökm sürürdü. Belə desək, "yaşamaq" uğrunda mübarizə gedirdi. Məhz bu yarışma gözəllik sferasnda olduqca ecazkar kəşfə gətirib çıxarırdı. Nisbətən varlı cariyələr pulla kimyaçılar tutaraq onlardan krem və balzamlar satın alırdılar. Orta əsrlərdə bu cür kimyaçılar da təbii vasitələrlə möcüzəli gözəllik məhsulları hazırlamaqda maksimum uğura çatmış vəziyyətdə idilər. 

Prosesin ikinci hərəkətverici stimulu hərəmxananın internasional olması idi. Burda müxtəlif uzaq ölkələrdən olan qızlar yalnız öz vətənlərində məşhur olan və orda tanınan reseptlərdən istifadə edirdilər. Ora sanki əsil bir kosmetika fabrikasına çevrilmişdi. 

Beləliklə, gəlin baxaq, sultan cariyələri hansı gözəllik prosedurlarını yerinə yetirirdilər? 

1. Nahara qədər hər hansı bir prosedura qadağa vardı.

Cariyələrin kosmetika qabında nələr olurdu? (1)

Hərəmxanada saat 15:00-a qədər hər hansı bir kosmetik prosedura etmək qadağan idi. Maskalar, makiyaj, dəriyə qulluq və s. etmək olmazdı. Ancaq təmiz havada gəzmək və dərinin təmiz havadan nəfəs almasını təmin etmək lazım idi. 

2. Xüsusi su

Cariyələrin kosmetika qabında nələr olurdu? (1)

Hər səhər cariyələr xüsusi hazırlanmış su ilə üzlərini yuyurdular. Həmin suyu axşamdan gümüş sürahilərə töküb qızların yataqlarının başuclarına qoyurdular. Gecə boyu gümüşün faydalı xassələri ilə su təmas edirdi və beləliklə dəri üçün faydalı elementlər yaranırdı. 

Təkrar vurğalıyırıq: dəri təmizlənməsində cariyələr heç bir sabundan istifadə etmirdilər, yalnız su. 

3. Uzun kirpiklər

Cariyələrin kosmetika qabında nələr olurdu? (1)

Yananın fikrinə görə Türkiyənin orta əsr gözəlləri müasir Avropa gözəllərindən daha çox şanslı olublar. Ona görə kişilər real olaraq gözəllərin ancaq gözlərinə diqqət edirdilər, digər əzalarına baxmırdılar. Şairlər Şərq qadınlarının uzun kirpiklərinə heyran olmuşlar, Ömər Xəyyam onların gözəl kirpiklərini uçan durna qatarına bənzədib. 

Ardı var... 



14 iyun 2016
GO BACK