Hər bir qadın Hollivud ulduzu kimi gözəl və baxımlı görünmək istəyir. Amma ulduzların bahalı kosmetoloji proseduralar etdiyini düşündükcə, ümidlər alt-üst olur. Halbuki,ulduzların çoxunun gözəllik sirri sadəcə bir neçə ərzaqdan ibarətdir. Elə Cennifer Lopez kimi.. Bu yaxında onun şəxsi kosmetoloqu ulduzun maska reseptini el-aləmə car çəkib.Mən də bu maskanın resepini sizlərlə paylaşıram ...
Maska
1 çay qaşığı təmiz, təbii qatıqa 2 çay qaşığı bal və yarım çay qaşığı yeni dəmlənmiş yaşıl çay qatıb yaxçıca qarışdırın. Maskanın qatı olması üçün kosmetik gil və ya yulaf əlavə etmək olar. Maskanı üzə, boyuna və dekolte hissəyə çəkib 15-20 dəq. saxlayıb soyuq su ilə yuyun. Super nəticə əldə etmək üçün bu proseduru həftədə 3-4 dəfə təkrar etmək kifayətdir.