Qadin.NET / Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Mən bu gün sizə qəhvəyi gözlü məhşurların makiyaj sirləri barədə danışmaq istəyirəm. Gəlin görək bu xanımlar gözəlliklərinin sirrini necə açıqlayıblar. Məşhurların vizajisti Tine Ternbou bu cür göz rənginə sahib olan xanımlara öz məsləhətlərini belə verib. Qəhvəyi gözlü xanımlara göz kölgəsinin bütün rənglərindən istifadə etmək uyğun görülür. Əsas odur ki, makiyaj həddən artıq olmasın.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Leyton Misterin gözü kimi qəhvəyi rəngin tündünə çalan gözləri cəlb edici göstərmək üçün əsasən ənlikdən istifadə etmək lazımdır. Ənliyi yanağın ən ətli hissəsinə çəkmək lazımdır. Bu zaman çəhrayı və parıltılı şaftalı rənglərindən istifadə daha məqsədə uyğundur.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Cesika Albanın göz quruluşuna malik olan xanımlar daha çox dodaq boyalarına diqqət etməlidirlər. Parlaq və açıq rəngli dodaq boyalarından istifadə etməlidirlər.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Bayons Nolzun bu təbii makiyajının sirri onun göz və dodaq rənginin eyni olmasıdır.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Natali Portman bu gözəl gözlərinə görə əsasən kipriklərinə borcludu. Onun kiprikləri uzun və sıxdır. Və o, qəhvəyi rəngli tujdan istifadə edir. Əgər sizin gözləriniz qəhvəyi və saçlarınızsa qaradırsa, o zaman qara rəng tujdan istifadə etmək məsləhətdir. Əgər saçlarınız açıq qəhvəyi, şərab və ya qızılı rəngdədirsə, o zaman qəhvəyi və göy rəng tuşlardan istifadə etmək məsləhətdir.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Bəzən rəng rəngi xilas edir. Nikol Riçinin gözləri rənginə daha çox bənövşəyi rəngin bütün tonları uyğundur. Bu gözlərdə zümrüdü yaşıl göz kölgəsi və qələmlərdən istifadə daha məqsədə uyğundur.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Yeva Lonqori Parker - bu xanım tünd qəhvəyi göz rəngi ilə seçilir. Bu cür gözləri olan xanımlar makiyajlarına ehtiyatla yanaşmalıdırlar. Tündrəngli göz kölgələrindən istifadə etmək məsləhət deyil. Daha çox qızılı rənglərdən istifadə etmək məsləhətdir. Parkerin bu qızılı sırğası isə lap yerinə düşür. Bu cür sırğalar qara və tünd qəhvəyi gözlərə parlaqlıq verir və cəlbedici göstərir.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Şeney Qrayms gözlərinə daha çox açıq və tünd rəngli göz kölgələrindən eyni vaxtda istifadə edir. Bu cür badamı gözlü xanımlar gözün ön hissəsinə açıq rəngdən, sonluğuna da qara və qəhvəyinin tünd rənglərindən istifadə etsələr daha yaxşı olar. Qara qələmlə gözlərin alt hissəsindən tam ortadan sonluğa qədər çəkmək lazımdır. Və yenə gözün alt hissəsində kipriklərin içi ilə qara qələmdən istifadə etmək lazımdır.

Qəhvəyi gözlər üçün məşhurlardan makiyaj sirləri

Vizajist Ternbounun fikrincə bu cür gözlərə dəniz və səma rəngləri yumşaqlıq və cəlbedicilik verir. Cenifer Lopezi insanlara sevdirən həm də onun gözlərində olan qayğıkeş və sevgi dolu baxışlarıdır. Bunu da makiyaj ilə yaratmaq çox asandır. Cenifer gözəl gözlərinə əsasən şokalad rəngi, qızılı və bal rəngli tenlərdən istifadə edir. Və bu da onu daha da cəlbedici edir.

12 iyun 2013
GO BACK