[hide]
Hər birimizin evində jurnallar vardır ki, hər səhifəsində təsvir edilmiş ulduzlar çox gözəl və cavan görünür. Nə bir sellülit, nə bir qırış, nə bir ağ saç, nə bir sızanaq. Sankı zaman ulduzlar üçün dayanıb. Sanki onlar daim cavan qalırlar, illər onlara təsir etmir. Bizim isə yaşımızın üstünə yaş gəlir. Təsadüfən bir gün onlardan birini canlı yayımda müsahibə verdiyi an görəndə çoxumuz: "Ay, Nə yaman qocalıb" deyirik. Sanki kimsə heç zaman qocalmayacaqmış kimi, sanki dünyanın ətəyindən bərk yapışıb qalacaqmış kimi. Əslində hər kəs bir gün qocalacaq. Hər yaşın da öz gözəlliyi olduğu kimi yaşlanmağın da öz gözəlliyi var.
Bəs yaxşı niyə biz bunu dərk edə bilmirik?! Niyə ulduzların şəkillərini redaktə etməzdən əvvəl hər bir şəkli photoshop proqramından çıxardırıq. Yəni doğurdan onları daim gənc göstərmək istəyirik? Yoxsa onları yaşlanmış kimi, üstəlik eyibləri ilə, ya da makiyajsız görmək istəmirik deyə bu addımı atırıq?
Mən sizə Hollywood ulduzlarının jurnallarda dərc edilməzdən əvvəl və sonrakı şəkillərini təqdim edirəm. Baxın və fikirlərinizlə bölüşün...