Romantik komediya filmlərin ulduzu olan Kate Hudson, fit bədənə sahibdir. Təxminən 19 yaşından bəri idmanla məşğul olan 3 uşaq anası, həftənin 5 günü idman edir. Rəqs, velosiped, pilates, qaçış kimi idmanlarla məşğul olur.
Bəzi günlər 2 saat, bəzi günlər 30 dəqiqə idman edən Hudson, "2 saat idman etməyi tövsiyə edir.
"Bir idmanı iki həftə edib, 1 həftə ara verib 3 gün daha edib "nəticə əldə etmirəm" deyənləri anlamıram. Həyatdakı hər şeydə davamlı olmaq lazımdır." deyir
Kate Hudson gözəlliyin daxildən gəldiyini qeyd edir. Gündəlik həyatda CC krem, bronzer, tuş və dodaq boyasının kifayət etdiyini deyir. Risk almaqdan da çəkinmir.
Mütəxəssislər gündə ən az 2 dəfə dərinin təmizlənməsini tövsiyə edir. Daha çoxunu etmək dərinin nəmini yox edir.
Kate Hudson, əsla pəhrizdə olmur. Bir əsas yeməyi çox yemək istəyirsə, digər əsas yeməyin kalori cəhətdən xəfif olmasına diqqət edin