Saç tökülməsi qadın və kişinin özünə inamını azaldır. Aşağıdakı maska ilə saç tökülməsinin qarşısını ala bilərsiniz.
Lazım olan ərzaqlar
10 ml zərdəçal özütü
100 qram aloe vera geli
62 ml kök suyu
60 ml badam yağı
Zərdəçalı aloe vera geli ilə qarışdırın. Sonra badam yağını əlavə edin və qarışdırmağa davam edin. Son olaraq kök suyunu əlavə edin və qarışdırmağa davam edin. 1 həftəyə qədər soyuducuda saxlayın.
İlk əvvəl, masaj edərək başınıza tətbiq edin. Ən az 1 saat gözləyin. Gecə ərzində başınızda saxlamaq faydalı olacaq. Bunun üçün duş başlığı və ya dəsmaldan istifadə edə bilərsiniz. Müalicəni həftədə 2-3 dəfə təkrar edin.