Saç tökülməsinə mane olan və eyni zaman çox daha gur saçların çıxmasını təmin edən bildirçin yumurtasını gündəlik yemək siyahısına saldıqda daha sağlam nəticə əldə edəcəksiniz. Həm protein almağınıza kömək edəcək, həm də saçlarınızı daha sağlam və gur olmasına kömək edəcək.
Lazım olan ərzaqlar
2 ədəd bildirçin yumurtası
1 yemək qaşığı zeytun yağı
1 yemək qaşığı susam yağı
1 çay qaşığı bal
Bu ərzaqları yaxşıca qarışdırıb, saçınıza, xüsusilə də, saç diblərinə çəkin. 3 saat gözləyin, sonra saçlarınızı yuyub durulayın. Həftədə 2 dəfə saçlarınıza çəkdiyiniz maska ilə saçlarınızın gurlaşdığını görəcəksiniz.