Soğan suyu necə hazırlanır
1-ci üsul
1 litr suyu qaynadın. Dörd ədəd soğanın qabıqlarını soyun və doğrayın. Qaynar suyun içinə doğradığını soğanları əlavə edərək 10 dəqiqə birlikdə qaynadın. Yuduğunuz saçlarınızı soğan suyu ilə durulayın. Ertəsi günə qədər saçlarınızı bir daha yumayın. İstifadə edənlər qoxusu olmadığını deyir, ertəsi gün 2 saat sonra saçınızı yenidən yuya bilərsiniz.
2-ci üsul
2 ədəd soğanı qatı meyvə sıxacağından keçirin. Bu suyu saç dərinizə masaj edərək çəkin. Bir saata qədər saçlarınızda saxlayın, saçlarınızı masaj edərək yuyun.
3-cü üsul
1 stəkanın içində soğan suyunu və 1 yemək qaşığı qədər balı qarışdırın. Saç dərinizə masaj edərək tətbiq edin. Yarım saat gözlədikdən sonra saçlarınızı masaj edərək yuyun.
4-cü üsul
Kiçik qazanda içinə 2 ədəd soğan və üstlərinə bir qədər su əlavə edin. 6 dəqiqə qaynadıqdan sonra ilıqlaşana qədər gözləyin. Saç diblərinizə masaj edərək tətbiq edin və saç maskası taxaraq 2 saat qədər saçınızda saxlayın. 2 saat sonra masaj edərək saçlarınızı yuyun.