Qabarıq saçlara necə qulluq etməli? Qabarıqlığın qarşısını necə almalı?
- Gur və qıvırcıq saçlarınızı hər gün yumayın. Bunun yerinə saçlarını həftədə 2 dəfə yumağınız kifayətdir.
- Qabarıq saçlarınız nəm haldaykən forma verməyə çalışın. Bu halda saça forma qazandırmaq daha asandır.
- Fen istifadəsinə ara verin.
- Çox isti su ilə duş almaq saç kökünüzə və tellərinizə zərər verər. Saç tellərini və dərisini qurudur. Beləliklə, qabarıqlıq artar. İlıq vanna qəbul etdikdən sonra, saça soyuq su tutaraq qabarmanın qarşısını ala bilərsiniz.
Qabarıq saç üçün maska
Saçlarınıza nəm verəcək, eyni zamanda qabarmasının qarşısını alacaq. Bunun üçün 1 su stəkan gül suyu, 3 ampul C vitamini və böyük fıs-fıslı şüşə lazımdır. Gül suyu və C vitaminini şüşəyə qoyub, yaxşıca çalxalayın. Saçlarınız qurumağa yaxın bu qarışımı saçınıza sıxın. Əlinizlə saça yedizdirmək üçün geniş arası olan daraqla saçınızı darayın. Durulamağa ehtiyac yoxdur.