Mif 1: Saçları tez-tez yuduqda onlar korlanır və tökülməyə başlayır.
Yalan. Saçları tez-tez yumaq onlara heç bir zərər vurmur. Onları istədiyiniz tezlikdə yuyun – müasir şampunlar hətta gündəlik istifadə üçün belə uyğundur. Bundan əlavə,saç növü və teksturasını nəzərə alaraq seçilmiş vasitələr lazımi müdafiə və qulluğu təmin edir və saçlarınızı daha gözəl edir.
Mif 2: Saçları daramaq və masaj etmək onlar üçün xeyirlidir.
Həqiqət. Bu isə həqiqətdir – saçlar daranmağı sevir.Başın masajı qan dövranını yaxşılaşdırır və saç köklərini möhkəmləndirir,saçları daramaqla isə onların köklərində ifraz edilən qidalandarıcı maddələri uclarına kimi paylaşdırırsınız. Unutmaq olmaz ki,saçları ehtiyatla daramaq lazımdır,əgər onlar dolaşırsa, balzamdan istifadə edin.
Mif:3 Saçlar ömrümüz boyu forma və strukturunu dəyişə bilir.
Həqiqət. Saçlar xarici təsirlərə, emosiyalar, stressə reaksiya verir və onların strukturu tez-tez dəyişir. Hormanlarımız isə hətta saç formasına belə təsir etməyə qadirdir. Məsələn: saçlar burulmağa başlaya və həcmli ola bilər.
Mif:4 Saçların rənglənməsi onların tökülməsinə səbəb olur.
Yalan. Rəngləmək saçlara zərər vura bilər, məsələn onları daha quru və ya cansız edə bilər.Lakin bu zaman saç strukturu dəyişmir,bu səbəbdən saç tökülməsinə səbəb olmur.