Qadin.NET / Güclü saçlar üçün vacib maddələr

Güclü saçlar üçün vacib maddələr

 

Düzgün qida seçimləri ilə saç tökülməsini azalda bilərsiniz. 

 

B vitamini

B vitaminləri saç sağlamlığı və böyüməsi üçün çox vacibdir. Amma ən çox lazım olanlar B3, B5, B6 və B7 vitaminidir. H vitamini adlanan biotin də saç üçün vacibdir. Saçın güclü və parlaqlığını qorumasına kömək edir.

 

Güclü saçlar üçün vacib maddələr

 

 

Arginin

Arginin saçlar üçün də vacibdir, köklərdə qan dövranının daha sağlam olmasına kömək edər. Bununla, qan dövranı ilə saçlar qidalandırıcı maddələri daha rahat əldə edər. İnsan orqanizmi arginin istehsal edir, ancaq miqdarı həmişə kifayət qədər olmur. Stress və bəzi xəstəliklərlə əlaqəli bu maddənin miqdarı azala bilər. 

 

Güclü saçlar üçün vacib maddələr
 

Dəmir

Müxtəlif araşdırmalar dəmir çatışmazlığı saç tökülməsinə səbəb olur. Dəmir, hemoqlabinin bir hissəsi olaraq qandakı oksigenin daşınmasında rol oynayır. Oksigen olmadan böyümək mümkün deyil. Xüsusilə, vegeterianlar dəmir qəbulunu unutmamalıdırlar. Dəmirin qırmızı qan hüceyrələrinə (eritrositlər) bağlanmasına və saçlarına çatmasına kömək edən C vitaminə də diqqət etmək lazımdır.

 

Güclü saçlar üçün vacib maddələr
 

 

 

11 iyun 2019
GO BACK