Təbii üsullar arasında ən zərərsiz və saçları az yoran üsullardan biri çobanyastığı suyu ilə saç rəngini açmadır.
- Çaydanlığa qoyduğunuz suyun içinə bir qədər çobanyastığı atın. Qaynadıqdan sonra altını söndürüb dəmlənənə qədər gözləyin. Dəmlənən çobanyastığı suyunu ilıq hala gəldikdə saçlarınıza gözəl masaj edərək yedizdirin. Çobanyastığı suyunu çəkdikdən sonra, günəşə çıxaraq quruması üçün gözləyin. Bir müddət sonra qara saç rəngində açılma olacaqdır.
- Qara saç rəngini təbii yollarla açma üsullarından bir digəri isə limondur. 1 ədəd limonun suyunun içinə sıxaraq qarışdırın. Əldə etdiyiniz qarışımı saçlarınıza tətbiq edin. Quruyana qədər günəşin altında gözləyin. Saç rənginizdə açılma olacaqdır.
Diqqət: Limon ilə saç açma üsulu saçları yormaqdan əlavə, quruluğa və tökülməyə səbəb olur. Davamlı saç baxımı ilə qarşısını ala bilərsiniz.
- Qara saç rəngini darçınla aça bilərsiniz. İstifadə etdiyiniz saç kreminə 1 çay qaşığı darçın əlavə edərək qarışdırın. Qarışımı saçlarınıza çəkin. 4 və ya 5 saat arasında gözləyin. Saçlarınızda gözə çarpan açılma olacaqdır. Ancaq bir çox insan darçının qoxusuna görə bu üsuldan qaçır.