Xurmanın saça faydası:
- Hər gün davamlı olaraq 3 xurma yeyərək saçlarınızın daha güclü və sağlam uzanmasına kömək edə bilərsiniz. Tərkibindəki minerallar sayəsində saç tellərini gücləndirir.
- Tərkibindəki dəmir və B vitamini sayəsində saç tökülməsinin qarşısını alır. Davamlı olaraq qəbul edildikdə saç köklərini gücləndirir və qalınlaşmasına kömək edir.
- Saçlarınıza və dərisinə davamlı olaraq xurma yağı ilə masaj edərək, saç dərisinin ehtiyacı olan mineralları qısa müddətə təmin edə bilərsiniz. Davamlı olaraq ideal nəm səviyyəsini qorumağa kömək edir. Bu da saç tellərini daha uzun, sağlam qalmağına kömək edir.