Gözəl saçlara sahib olmaq hər birimizin arzusudur. Lakin daim gözəl saçların sahibi olmaq istəyiriksə, gərək saçlarımızın da qayğısına qalmağı bacaraq.
1. Əgər saçlarımızın daha canlı görünməsini istəyiriksə, onda hər 5 həftədən bir onların ucunu kəsdirməliyik
3. Quru və zəif saçlar zamanı yumurtanın sarısını gənəgərçək yağıyla qarışdırıb, başın dərisini massaj edirik. Salafan və isti baş örtüyü ilə bağlayırıq. 1-2 saat belə saxladıqdan sonra isti suyla yuyuruq.
a) adi mayonezlə saçları masaj edib, 1 az saxladıqdan sonra saçları şampunla yumaq lazımdır. Bu zaman saçlar həmişə gözəl və canlı olacaqlar.
b) saçları yuduqdan sonra əzvayın (aloye) 1-3 yarpağını (saçın uzunluğundan asılıdır) qırıb, tikanlı qıraqlarını kəsirik. Əzvayın yarpağını aralayıb, sulu, ətli tərəfini başın dərisinə sürtürük. Taxta daraqla saçı darayırıq. Sonra salafan və isti baş örtüyünü elə bağlayırıq ki, başın dərisinə isti olsun. 35-40 dəq. sonra saçı isti suyla, sonda isə ilıq (soyuq) suyla yuyuruq. Bu maskanı həftədə 2 dəfədən çox etmək olmaz. Ən azı 2 ay etmək məsləhətdir. Maska həm kəpəkli saçlara, həm zəif, həm də saç tökülməsinə xeyirlidir.