Saç tökülməsi həm qadınlarda, həm də kişilərdə görünən problemdir. Kişilərdə daha çox rastlanan problemlərdən biridir. Bəzən saç tökülməsi sağlamlıq problemlərinə görə ortaya çıxa bilir. Sarımsaqla saçlarınız yenidən çıxmağa başlaya bilər.
Kəpəkli saçlardan xilas olmaq üçün sarımsaqdan istifadə edə bilərsiniz. Sarımsaqla qısa müddət kəpəkdən xilas olacaqsınız.
Sarımsaqlı maska
Mağazalarda sarımsaqlı şampunlar görə bilərsiniz. Saramsaqlı şampun tapmadınızsa, gündəlik istifadə etdiyiniz şampunun içinə sarımsaq suyu əlavə edə bilərsiniz. Bundan əlavə sarımsaqla saç dərinizə maska edə bilərsiniz. 3-4 diş sarımsağı yaxşıca əzərək saçlarınızın töküldüyü və zəiflədiyi bölgələrə çəkin və təxminən 1 saat gözləyin. Daha sonra eyni bölgəyə zeytun yağı masaj edin və maska taxaraq dəsmalla sarıyaraq bir gecə gözləyin. Səhər qalxdıqda saçınızı normal şampunla yuya bilərsiniz.