Yeməyinizə diqqət edin
Saç proteindən ibarətdir. Proteinlə zəngin qidalarla qidalanmalısınız. Saçlar üçün omeqa3 yağları ilə qidalanmalısınız. Dəmiz çatışmazlığı da saç tökülməsinin əsas səbəblərindəndir.
Stresdən uzaq olun
Stress saç tökülməsinin əsas səbəblərindən biri. Stress bir çox problemin mənbəyi hesab olunur. Psixoloji stress saçların tökülməsinə səbəb ola bilir.
Saçı hər gün yumaq düzgün deyil
Saçları tez-tez yumaq, saç dərisinin yağ balansını pozur və saçlar daha çox yağlanır. Saçların kimyəvi məhsullardan bacardıqca uzaq tutmaq lazımdır.
Hər saçın fərqli olduğunu unutmayın
Şampun alarkən saç tipinə diqqət etmək lazımdır. Hamının saçı fərqlidir. Bol köpüklü şampunlardan uzaq olun. Bu saçalara zərər vura bilir.
Saçınızı yuduqdan sonra qururtmaq
Saçları yuyan kimi qurutmaq düzgün deyil. Saçlar nəm olduqda daha dözümsüz olur. Saç diblərinə masaj etmək saç uzanmasına kömək edər.