Bigudi ilə dalğalı saçlar
İstilikdən istifadə etmədən ilk ağla gələn üsul bigudilər,həm təbii görüntü qazandırır, həm də saçlarınızı məhv etmir. Nəmli saçlarınızı bigudilərlə bura bilərsiniz. Bütün saçlarınızı bigudilərə sarıdıqdan sonra 1 gecə ərzində saxlayın. Oyandıqda çıxardın. Fərqi görəcəksiniz.
Yaylıq ilə saç burmaq
Adətən aksesuar kimi istifadə edilən yaylıqlarla saçlarınıza forma verə bilərsiniz.
Nəmli saçlardan bir qədər götürün və saçlarınızı yaylıq hörür kimi sarıyın.
Ucunu rezin ilə bağladıqdan sonra 1 gecə saxlayın.
Şirə içərkən istifadə olunan plastik çöplə burmaq
Son illərdə olduqca məşhur üsullardan biridir. Sosial mediada bu üsuldan istifadə edən qarşınıza çıxmış olacaq. Nəmli saçlarınızı yaxşıca darayın. Daha sonra kiçik-kiçik hissələr götürüb plastik çöpləri içə doğru sarıyın. Açılmaması üçün rezinlə sabitləyə bilərsiniz. 1 saat saxladıqdan sonra aça bilərsiniz.