Saçların istiliyə məruz qalması, kimyəvi boyalar uclarda qırılmaya səbəb olur. Saçlarınız tez-tez qırılır və salona getməli olursunuzsa, aşağıdakı tövsiyələri nəzərə alın. Tez zamanda müdaxilə etmək vacibdir.
- Saçlarınızın tez qırılmasını istəmirsinizsə, duş əsnasında nəmləndirici ilə bütün saçınızı masaj etməlisiniz. Duşdan sonra nəmləndirici istifadə etməlisiniz.
- Əgər saçlarınızın ucu tez qırılırsa, evdə az-az kəsə bilərsiniz. Saç zəifliyi saç dibinə qədər getsə, saçlarınız məhv olmasına səbəb olacaq.
- Saçlarınızı tez-tez nəmləndirmək üçün davamlı olaraq nəmləndiricilərdən, maskalardan, ehtiyac varsa yağlardan istifadə etməlisiniz.
Nəmləndirici maskalara nümunə olaraq aşağıdakı maskadan istifadə edə biləriniz.
Arqan yağı maskası
2 yemək qaşığı zeytun yağı
1 çay qaşığı gicitikan toxumu yağı
1 çay qaşığı arqan yağı
Ərzaqları qarışdırın. Hazır hala gələn qarışımı saçlarınızın uclarına masaj edərək yedirin. 1 saat gözlədikdən sonra yuyaraq təmizləyin.