Qadin.NET / Saçları gücləndirən; saç detoksu

Saçları gücləndirən; saç detoksu

 

Qeyri-sağlam qidalanma, ətraf çirkliliyi, hormonal nizamsızlıq və stresli həyat tərzi. Bütün bu faktorlar saçların nazikləşməsinə, gücsüzləşməsinə və hətta saç tökülməsinə səbəb olur.  Saçlar davamlı yumaq, sağlamlıq üçün kifayət etmir. Saç dərisini təbii üsullarla təmizləmək saçlarınızı canlandıra bilər. Bunun üçün saç detoksundan istifadə edə bilərsiniz. 

 

Saçları gücləndirən; saç detoksu

 

 

İlıq yağ müalicəsi. Bir miqdar hind yağı və hindistan qozu yağını qarışdırın. Saç və saç dərisinə çəkin. Uclarına da çəkməyi unutmayın. Bir dəsmalı isti suya batırın, suyu sıxın və isti dəsmalı başınızın ətrafına sarıyın. 5 dəqiqə gözləyin. İsti dəsmal üsulunu 3-4 dəfə təkrar edin. Saç və saç dərisinin yağı daha yaxşı əmməsinə kömək edir. Yağı çəkərkən qüvvət masaj etməyin.

 

Saçları gücləndirən; saç detoksu

 

Saç detoksu üçün qabartma tozu istifadə edin. Yarım stəkan qabartma tozunu, 3 stəkan isti su ilə qarışdırın. Saç dərinizə bir neçə dəqiqə masaj edin və durulayın. Saç dərisində yığılan yağı təmiləyib, kəpəklə mübarizə aparacaq. Həftədə 1 dəfə edə bilərsiniz.

 

Saçları gücləndirən; saç detoksu

 

Çay ağacı yağı baş dərisindəki bakteriya və kəpəyi təmizləyir. Adi şampuna bir neçə damla təbii çay ağacı yağı əlavə edin. Saç dərinizə masaj edin və durulamadan əvvəl bir neçə dəqiqə gözləyin. 

 

Saçları gücləndirən; saç detoksu

 

 Alma sirkəsi, saçınıza parlaqlıq qazandırır. Saçlarınızdakı yağın təmizlənməsinə kömək edir. Bir stəkan suya 2 yemək qaşığı alma sirkəsi əlavə edin. Saçınızı həmişəki şampunla yuyun və su qatılmış alma sirkəsini, saçınıza çəkin, tez durulayın. 

 

Saçları gücləndirən; saç detoksu

 

23 yanvar 2019
GO BACK