Zeytun yağı
Təbii zeytun yağı quru saçlar üçün ən yaxşı həll üsuludur. Zeytun yağının tərkibindəki E vitamini və antioksidan sayəsində saç nəmlənəcək. Saçlarınızın uzunluğuna görə zeytun yağını isidin. İlıq olduqdan sonra saç köklərinizə masaj edərək əkin. Ən az yarım saat gözlədikdən sonra yuya bilərsiniz. Həftədə 1 dəfə təkrar etmək kifayət edəcək.
Mayonez
Son illərdə saç baxımında olduqca məşhur olan mayonez, qur və cansız görünən saçların xilaskarı hesab olunur. Bol protein tərkibli olan mayonez eyni zaman saçların parlaq görünməsinə də kömək edir. Saçlarınızın üst qisminə xəfif su çəkin, mayonez saç köklərindən uclarına qədər yaxşıca yayın. 1 dəqiqə ərzində maaj edərək saçlarınızı örtün. 1 saat gözlədikdən sonra saçınızdan yuya bilərsiniz. Həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
Yumurta
Saçların yumşalmasını təmin edən proteinlə zəngin olan yumurta, qurumuş saçlar üçün ideal seçimdir. 2 yemək qaşığı ilıq su ilə yumurta ağını qarışdırın. Saç diblərinizə yumurtalı qarışımla masaj edin. 15 dəqiqə gözlədikdən sonra soyuq su ilə durulayın. Saçlarınızın quruluq dərəcəsinə görə həftədə 1 və ya 2 dəfə edə bilərsiniz.
Avokado
Dəri baxımında faydalı olan avokado, saçların da parlaq olmasına kömək edir. Quruyan saçlara əvvəlki nəmini qazandıran avokadonu blenderdən keçirin. İçinə buğda toxumu yağı və jojoba yağı əlavə edərək yaxşıca qarışdırın. Saç diblərinizdən uclarına qədər çəkib saçlarınıza maska taxın. Yarım saat gözlədikdən sonra ilıq su ilə durulayın.
Bunu həftədə 2 dəfə tətbiq edə bilərsiniz.