Papaq taxın
Saçlarınızı soyuqdan qorumaq üçün papaq taxmaqdan qorxmayın. Əgər papağın saçınızı elektrikləndirməsindən qorxursunuzsa, içinə ipək parça tikin.
Çox yumayın
Saçınızın öz-özünə istehsal etdiyi yağlar çox faydalıdır. Qış aylarında saçın bu yağı istehsal etməsinə kömək edin və tez-tez yumayın. Saçınızı hər gün yusanız, saçınızı soyuqdan qoruyacaq yağlardan təmizləmiş olacaqsınız. Quru saçlar soyuqda qırılmağa məhkumdur. Həftədə 2-3 dəfədən çox saçınızı yumayın. Quru şampunlardan da istifadə edə bilərsiniz.
Şampun seçiminə diqqət edin
Sülfat tərkibli şampunlardan uzaq olun. Sülfat saçın düşmənidir.
Saçlarınızı istidən uzaq tutun
Xüsusi dəvətə getməyəcəksinizsə, fenlərdən istifadə etməyin. Saça tətbiq etdiyiniz üsulları minimuma endirin.
Saçlarınıza baxım edin
Saçlarınıza davamlı olaraq baxım edin. Arqan yağı, hindistan qozu yağı, zeytun yağı kimi yağlarla saçınızı qidalandırın və gücləndirin. Bu yağlar saçınızın qurumasının qarşısını alar.