Qadin.NET / Saçlarınızı südlə düzləşdirin

Saçlarınızı südlə düzləşdirin

 

Saçları südlə necə düzləşdirməli?

Saçlarınızı südlə düzləşdirin

1/3 fincan süd

Sprey şüşəsi

Geniş araları olan daraq

Saçlarınızı südlə düzləşdirin

İlk olaraq sprey şüşəsini südlə doldurun. Bu nöqtədə hindistan qozu südü ən yaxşı seçim olacaqdır. Başqa süd istifadə etmək istəyirsinizsə, krem halına yaxın südləri seçsəniz, daha yaxşı nəticələr əldə edərsiniz. Saç maskası üçün süd tozu da istifadə edə bilərsiniz.

Südü saçlarınıza bərabər formada sıxın. Saç dibləri qədər uclarına da süd çatdırmaq vacibdir. Sonra daraqla saçlarınızı açın, amma burmayın. Saçı dümdüz etmək vacibdir, əks halda südü saçdan təmizləmək çətin olacaq.

 Artıq saç dərinizə masaj edə bilərsiniz. Südün saçlarınıza keçməsi üçün bir qədər vaxt verməlisiniz. Bir müddət gözlədikdən sonra saçlarınızı su ilə durulayın və qurumasını gözləyin. Əgər dalğalı saçlarınız varsa, öz-özünə düzləşəcəklər.

Saçlarınızı südlə düzləşdirin

Xəbərdarlıq:

Əgər laktoza və ya südə qarşı alergiyanız varsa, bu üsuldan istifadə etməyin. Saçlarınızı darayanda incə olun və dartmayın. Qıvırcıqsınızsa, bu üsul saçlarınızı düzləşdirməyə bilər.

 

19 avqust 2018
GO BACK