Qadin.NET / Saçları gücləndirən və qoruyan maska

Saçları gücləndirən və qoruyan maska

Saçları gücləndirən və qoruyan maska

Gücləndirən maska

Həddindən artıq yorulmuş və qırılmış saçlar üçün protein baxımından zəngin olan yumurta lazımdır. Yumurta saçları yumşaldır və saça güc qazandıraraq parlıq verir.  Bir ədəd yumurta, 1 yemək qaşığı Hindistan qozu yağı, zeytun yağı və bal ilə 60  ml suyu birlikdə çırpın. Yarın bananı əzərək bu qarışıma əlavə edin və maskanı qarışdırın. Maskanı saçınızda 15 dəqiqə saxladıqdan sonra, şampunla yuya bilərsiniz.

Saçları gücləndirən və qoruyan maska

Qoruyucu maska

Mayonez, yumurta və balla hazırladığınız maskanı, həftədə 1 dəfə saçınıza çəkərək, saçlarınızın formasını qoruya bilərsiniz. 1 ədəd yumurta, yarım fincan mayonez, 2 yemək qaşığı bal və 30 ml suyu qarışdırın. Maskanı saçlarınıza çəkdikdən sonra 15 dəqiqə gözləyin, şampunla yuyun. 

Saçları gücləndirən və qoruyan maska

 

6 avqust 2018
GO BACK